PASHA Bank satış üzrə assistent vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.
İşiniz nədən ibarətdir?
Bankın üstünlük verdiyi fərdi bank məhsullarının(MilesSmiles, daxili ipoteka, istehlak krediti və s.) satışına dəstək vermək;
Fərdi bank məhsulları üzrə müştəri məlumatları əsasında rəsmiləşdirilməsini həyata keçirmək;
Fərdi bank məhsulları üzrə sənədləşmələri icra etmək, sənədlərin arxivləşdirilməsini icra etmək;
Satışı həyata keçirilmiş sənədlər paketinin doğruluğunu mütəmadi yoxlamaq və nəzarətdə saxlamaq;
Müştərilərə bir başa bank məhsulları ilə bağlı məlumatların çatdırılması, lazımi sənədlərin alınması və sənədlərin imzalanmasına nəzarət olunması;
Müştərilərə bir başa, telefon, e-mail və digər elektron vasitələrlə müvafiq məlumatlarının düzgün çatdırılması (məhsul şərtlərindəki yeniliklər, kampaniyalar və s.);
Yönləndirilən müştərilərin cari statusu ilə bağlı aidiyyəti strukturlardan təqibininin aparılması;
Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması;
Məhsul və xidmətlərlə bağlı cavablandırılan sorğuları aidiyyəti üzrə istiqamətləndirmək və təqibinin aparılması.
Sizdən nə tələb olunur?
Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
Tələb olunan iş təcrübəsi: bank və sığorta sahəsində telesatış sahəsi ilə bağlı təcrübəsi olanlara üstünlük verilir
Xarici dillər: İngilis, Rus
Kompüter bilikləri: Microsoft Office
Məhsul üzrə biliklər: Kredit və ödəniş kart məhsulları
Bazar üzrə biliklər: İstehlak Krediti,ödəniş kart və pərakəndə bank məhsullarının xüsusiyyətləri (debit və kredit ödəniş kartları,istehlak kreditləri və s.)