PASHA Bank kredit inzibatçılığı üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.
İşiniz nədən ibarətdir?
Çek List üzrə MM-dən bütün zəruri sənədlərin toplanması;
Müqavilələrin tərtib edilməsi;
ABS-də kredit şərtlərinin yığılması;
Girovlarin ABS-də qeydiyyatinin aparılması;
Notariat və qeydiyyat işlərinin icra edilməsi;
Audit və hüquq departamentlərinə keyslərin ötürülməsi;
Gündəlik kreditlər üzrə əməliyyatların aparılması;
Maliyyə arayışlarının hazırlanması;
Kredit fayllarının hazırlanması (şərtlər və girovlar daxil olmaqla);
Məlumatın dəqiqliyinin yoxlanılması (həm elektron, həm də kağız daşıyıcıda);
Müştəri şərtlərinin və müntəzəm kredit ödənişlərinin monitorinq edilməsi;
Əməliyyatlarla bağlı sənədlərin saxlanması və lazımi məlumatın elektron məlumat bazasına daxil edilməsi;
Bankın kredit əməliyyatlarının effektiv icrasına dəstək göstərilməsi;
Müvafiq daxili və xarici qayda və proseslərə uyğun olaraq işlərin icra edilməsi;
Hər hansı kreditlə əlaqəli istənilən növ suallarin cavablandırılması;
Bəzi kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə ünsiyyətin qurulması, bütün bunların yoxlanılması və notarial qaydada rəsmiləşdirilməsi.
Sizdən nə tələb olunur?
Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
Tələb olunan iş təcrübəsi: kredit inzibatçılığı üzrə minimum 1 il
Xarici dillər: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta), Rus dili (orta)
Kompüter bilikləri: Microsoft Office (Excel, Word, PowerPoint)
Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.