VAKANSİYA

03 İyul

Kontakt Home VAKANSİYA elan edir

"Kontakt Home" korporativ kommunikasiya layihələri üzrə menecer vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

Şirkətin strategiya, məqsəd və dəyərlərinə uyğun hərtərəfli korporativ kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
Press-relizlər, çıxış nitqləri, məqalə, bloq yazıları, xəbər bülletenləri və vebsayt məzmunu daxil olmaqla daxili və xarici kommunikasiya kanalları üçün yaradılan məzmunların redaktəsi, ehtiyac olduqda yazılması;
Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
Böhran kommunikasiyalarının effektiv idarə edilməsi;
Daxili kommunikasiya strategiyasının yaradılması və tətbiqində iştirak;
Şirkətin missiya və dəyərlərinin əməkdaşlara aşılanması məqsədilə mütəmadi olaraq bu istiqamətdə layihələrin hazırlanması və icrası;
PR layihələrinin büdcələndirilməsinə iştirak, hesabatlılığın aparılması;
Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsi
Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılması və press-turların təşkili;
Ölkədaxili və ölkəxarici səfərlərdə iştirak və onların işıqlandırılmasının təmin edilməsi;
Podratçı şirkətlər ilə əlaqələrin qurulması və idarə edilməsi;
Rəhbərlikdən gələn digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə);
Səlis azərbaycan dili biliyi, xarici dil biliyi üstünlükdür;
Mükəmməl yazılı və şifahi kommunikasiya və təqdimat bacarıqları, detallara diqqət;
Sahə üzrə minimum 5 il iş təcrübəsi:
Korporativ brendinq anlayışı, nüfuz idarəçiliyi və böhran kommunikasiyaları anlayışları üzrə dərin biliklər;
Korporativ Sosial Məsuliyyət layihələrinin idarə edilməsi üzrə təcrübə;
Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür;
İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;
Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.

İş şəraiti:

İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.