VAKANSİYA

03 İyul

Bravo market VAKANSİYA elan edir

"Bravo" market hüquq məsələləri üzrə məsləhətçi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, supermarketlər şəbəkəsi vakansiya ilə bağlı vəzifə öhdəlikləri,  tələbləri və bacarıqları təqdim olunub.

Vəzifə öhdəlikləri:

Müqavilələrin expertizasıyoxlanılması (maliyyə, iş və s.).
Müxtəlif müqavilələrin hazırlanması (maliyyə, iş və s.).
Məhkəmə sənədlərinin tərtibatı , məhkəmədə təmsilçilik
Şöbə başçıları və rəhbərlik tərəfindən tələb olunan müxtəlif hüquq məsələlər barəsində məsləhət vermək
İllik iclaslar, nizamnaməyə əlavələr və digər şirkətdaxili sənədləri hazırlamaq
Digər hüquqi analiz və hüquqi yoxlama ilə əlaqədar işləri yerinə yetirmək

Vəzifə üzrə tələblər:

Hüquq sahəsində bakalavr dərəcəsi 
Tələb olunan sahədə ən az 1 il təcrübə;
Kargüzarlıq işinin əsaslarını bilməsi;
Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Azərbaycan qanunvericiliyi haqqında yüksək biliklər;
Əla səviyyədə Azərbaycan və orta səviyyədə İngilis dili biliyi
Analitik düşünmə qabiliyyəti;
MS Office biliyi; 
Maraqlanan namizədlər CV-lərini elektron ünvanına mövzu bölməsində “Hüquq məsələləri üzrə məsləhətçi” qeyd etməklə göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələləri ilə bağlı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.