Kapital Bank digər problemli kreditlər ilə iş şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.
Öhdəliklər:
Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana zəng edilməsi;
Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan, zamin və girov qoyanla Bankda və ya onların ünvanlarında görüşlərin keçirilməsi;
Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana, zaminə və girov qoyana rəsmi bildirişlərin göndərilməsi;
Müştərilərlə qarşılıqlı razılıq əsasında məhkəmədən kənar qaydada girov(lar)a tutma yönəldilməsi ilə bağlı tədbirlər görülməsi;
Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;
Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;
Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.
Tələblər:
Ali təhsil (Maliyyə və Hüquq ixtisaslarına üstünlük verilir);
Problemli kreditlərinin təqibi üzrə ən azı 1 il iş təcrübəsi; (Mikro sahə üzrə çalışan əməkdaşlara üstünlük verilir)
Danışıq qabiliyyətinin yüksək olması;
Komputerdə işləmək bacarığı;
Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı;
Dəqiqlik;
Təmkinlilik
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.