Kapital Bank ünvanda təqib şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.
Öhdəliklər:
Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyat , faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;
Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;
Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək;
Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi.
Tələblər:
Danışıq qabiliyyətinin yüksək olması
Kompyuterdə işləmək bacarığı
Problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı
Dəqiqlik
Ünsiyyət bacarığı
Sahədə 1-2 il təcrübə mütləqdir.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.