VAKANSİYA

28 İyun

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank Satış şöbəsinin Baş Müştəri Meneceri vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?

  • Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün, onlara Bank tərəfindən biznes bankçılıq seqmentinin müştərilərinə təqdim edilən bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi;
  • Rəhbərlik tərəfindən aylıq/rüblük/illik əsasda təqdim edilmiş fərdi və qrup qaydada əks etdirilmiş hədəflərə çatması;
  • Rəhbərlik tərəfindən aylıq/rüblük/illik əsasda təqdim edilmiş fərdi və qrup qaydada əks etdirilmiş hədəflərə çatması;
  • Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
  • Müştərilər kredit üçün müraciət etdiyi halda onların bizneslərinin tam maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq;
  • Kredit Risklərin Anderraytinqi departamentinin əməkdaşları ilə təhlil edilmiş biznesi müzakirə etmək və analizin detallı aparıldığını sübut edən dəlil və sübutların təqdim edilməsi;
  • Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə görüşünün təşkil edilməsi;
  • Fəaliyyəti haqqında rəhbərliyə günlük/həfətəlik/aylıq hesabat verilməsi;
  • Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq);
  • Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq);
  • Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi;
  • Satış Qrupunun yeni əməkdaşlarının təlimi, iş prosesi ilə tanıtımı və ilkin mərhələdə onların satışında bir başa iştirak etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqların həyata keçirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahə
  • Tələb olunan iş təcrübəsi: KOS/Korporativ bankçılıq; Maliyyə-Kredit sahəsində minimum 2 il
  • Dillər: Azərbaycan dili (yüksək səviyyədə), Rus/İngilis dili (arzuolunandı)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
  • Bazar üzrə biliklər: KOS müştəriləri/kreditləri üzrə bazar anlayışı
  • Başqa tələblər: Liderlik bacarıqları, qərarvermə, analitik düşünmə, koçinq bacarığı, başqalarını istiqamətləndirmək və idarə etmək, hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı