VAKANSİYA

23 İyun

Kontakt Home VAKANSİYA elan edir

"Kontakt Home" satış məsləhətçisi (Şamaxı) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:
Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;
Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
Tələblər:
Azərbaycan dilini səlis, rus dili arzu olunandır;
Satış təcrübəsi arzu olunandır;
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli;
Satış qabiliyyəti.
İş şəraiti:
İş qrafiki: Növbəli;
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
Şirkət daxili təlim və inkişaf imkanları;
Karyera yüksəlişi imkanı;
Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.