VAKANSİYA

22 İyun

VTB Bank VAKANSİYA elan edir

VTB Bank satış və korporativ müştərilərə xidmət şöbəsinin rəhbəri üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Tələblər:

Hüquqi şəxslərin cəlb edilməsi sahəsində rəhbər kimi iş təcrübəsi;
Bank və maliyyə fəaliyyətini, tənzimləyən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları bilikləri;
İşə proaktiv yanaşma, nəticə yönümlü, yaxşı ünsiyyət bacarıqları;
Yüksək müştəri yönümlülük;
Rus dilində səlis danışmaq, azərbaycan və rus dillərində işgüzar yazışma aparmaq bacarığı.

Vəzifələri:

şöbənin xidmət və korporativ müştərilərin cəlb edilməsi sahələrində işinin təşkili;
şöbə əməkdaşlarının işinin səmərəliliyinə nəzarətin həyata keçirilməsi;
kəmiyyət və keyfiyyət parametrləri üzrə müəyyən edilmiş KPİ –ın yerinə yetirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi;
korporativ müştərilərin bazasının formalaşdırılması və inkişafı;
iri korporativ müştərilərlə birbaşa koordinasiya
şöbənin işçilərinin təlim və inkişafı
müştərilərin müraciətləri ilə bağlı qeyri-standart vəziyyətlərdə qərarların qəbul edilməsi;
Şəxsi anket forması elektron poçt ünvanına göndərilməlidir (CV formaları vakansiyanın adını qeyd etməklə göndərilməlidir).