VAKANSİYA

22 İyun

“Rabitəbank" VAKANSİYA elan edir

“Rabitəbank" ASC rəqəmsal xidmətlərin tətbiqi şöbəsinə ekspert vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifələri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

Rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normativ sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.)  bilmək və onlara riayət etmək;
Rəqəmsal  məhsullar (İnternet Bankçılıq, Mobil Bankçılıq, Bot və.s) üzrə yeniliklərlə bağlı texniki şərtlər hazırlamaq, habelə bankda  mövcud olanları inkişaf etdirmək və təkmilləşdirmək;
Rəqəmsal xidmət kanallarını müəyyən etmək və satış sisteminin təkmilləşdirilməsi üzrə işləri apararaq müvafiq  təkliflər  vermək;
Rəqəmsal məhsulların təkmilləşdirilməsi, onların effektivliyinin artırılması və həyata keçirilməsi üçün zəruri  tədbirlər  görmək, müştəri xidməti və digər satış strukturları ilə  bu istiqamətdə  birgə fəaliyyəti qurmaq;
Bazar araşdırması nəticəsində əldə olunan məlumatlar əsasında  rəqəmsal  məhsul və xidmətlərin yaxşılaşdırılması istiqamətində  zəruri işləri görmək;

Namizədə olan tələblər:

Ali təhsil;
Bank sektorunda /oxşar sahədə  ən azı 2 il iş təcrübəsi;
Digər strukturlarla yüksək ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
Analitik düşüncə, texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;
Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
Təşəbbüskarlıq, yaradıcıllıq və innovasiyalara meyillilik;
Öyrənməyə və şəxsi inkişafa meyillilik;
Azərbaycan, Rus  və İngilis dili üzrə  biliklər.  
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini 06.07.2023-cü il tarixinə qədər elektron ünvanına, mövzu hissəsində  Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinə Ekspert” yazaraq göndərə bilərlər

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.