PASHA Bank maliyyə analitiki vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.
İşiniz nədən ibarətdir?
Maliyyə proqnozları, hesabat və əməliyyat göstəricilərinin izlənilməsi;
Maliyyə məlumatlarının təhlili və qərarların dəstəklənməsi üçün maliyyə modellərinin yaradılması;
Büdcələrin, proqnozlaşdırılan gəlir hesabatlarının və balans hesabatı da daxil olmaqla maliyyə məlumatlarının birləşdirilməsi və təhlili;
Maliyyə və əməliyyat fəaliyyətinin seqment, müştəri, məhsul və gəlirlilik də daxil olmaqla təhlili;
Hesabatların və mütəmadi olaraq liderlik rəylərinin hazırlanması;
Keçmiş nəticələrin və variasiyanın təhlili;
Tendensiyaların müəyyənləşdirilməsi və təkmilləşdirməsi üçün tövsiyələrin verilməsi;
Trendlərin və proqnozların təhlili və optimallaşdırılması üçün tədbirlərin tövsiyyəsi;
Dəqiq maliyyə hesabatını təmin etmək üçün Mühasibat və MIS komandası ilə sıx əməkdaşlıq;
Standart və xüsusi hesabatların, alətlərin və Excel tablosunun yaradılması da daxil olmaqla proses təkmilləşdirmələrinin müəyyən edilməsi və idarəsi;
Avtomatlaşdırılmış hesabat, proqnozlaşdırma alətlərini inkişaf etdirməklə məhsuldarlığın artırılması;
Bazar araşdırmasının aparılması və biznes kəşfiyyatının inkişaf etdirilməsi;
Proqnozlar və modellər yaradan güclü maliyyə təhlili bazasının saxlanılması.
Sizdən nə tələb olunur?
Təhsil: Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat üzrə Bakalavr təhsili
İş təcrübəsi: 1-3 illik biznes maliyyəsi və ya digər müvafiq sahədə təcrübə
Lisenziya / Sertifikat: ACCA və ya ekvivalent sertifikat
Digər:
Maliyyə modelləşdirmə texnikalarında yüksək bacarıq
Excel formulları və funksiyaları ilə səlis işləmə bacarığı
Güclü analitik, məlumat toplama və problem həll etmə bacarıqları
Zamanın düzgün idarə edilməsi və təşkilatçılıq qabiliyyəti;