VAKANSİYA

21 İyun

“Bank Respublika” ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC marketinq üzrə baş analitik üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

Bazar araşdırmalarının həyata keçirilməsi;
Müştərilər arasıda sorğu, intervyu və fokus-qrupların keçirilməsi;
Daxili müştəri təcrübələrinin araşdırılması, müvafiq CJM xəritələrinin hazırlanması;
Makroiqtisadi və sektor üzrə analitik hesabatların hazırlanması;
Rəqiblərin məhsul və təklifləri üzrə mütəmadi analitik hesabatların hazırlanması;
Rəqəmsal satış kanalları üzrə müvafiq analitik hesabatların hazırlanması;
Marketinq xərclərinin effektivliyinin ölçülməsi və buna uyğun hesabatların hazırlanması;
Rəqəmsal məhsullar üzrə müştəri davranışlarının analitikası;
Vendorlarla əlaqələrin qurulması və işlərin aparılması;
Müştəri məlumatlarının analitikası, müvafiq patternlərin tapılması və onlara uyğun təkliflərin hazırlanması.

Namizədə qarşı tələblər:

Ali təhsil (Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
İş təcrübəsi: Bank sektorunda müvafiq sahədə və ya bank məhsulları ilə 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili yaxşı səviyyədə arzuolunandır;
Excel, Power BI bilikləri (SQL bilikləri arzuolunandır);
Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
Komandada və bankın digər funksional strukturları ilə işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 iyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində Marketinq üzrə Baş analitik qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlərə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.