VAKANSİYA

21 İyun

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank informasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi - kiber təhlükəsizlik mühəndisi (cyber security engineer) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Bankın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi, idarə edilməsi, monitorinqi və təkmilləşdirilməsi;
Sistem və/və ya şəbəkə təhlükəsizliyi müdaxilələrinə cavab verilməsi;
Uyğun təhlükəsizlik nəzarət mexanizmlərini işə salmaqla bankın məlumatlarının və infrastrukturunun qorunmasını həyata keçirmək;
Dəyişikliklərin idarə edilməsi prosesində iştirak etmək;
Şəbəkə və sistemlərdə mövcud olan boşluqların aşakarlanması üçün müvafiq sınaq və yoxlamaların həyata keçirilməsi;
Gündəlik inzibati tapşırıqların yerinə yetirilməsi, hesabatların hazırlanması və qurumun müvafiq idarələri ilə əlaqə;
Bankın təhlükəsizlik ehtiyaclarını dəyərləndirmək və buna uyğun ən yaxşı tətbiqetmə və standartların yaradılması.

Tələblər:

Ali təhsil;
İT və ya Kiber təhlükəsizlik üzrə ən aşağı 2 il iş təcrübəsi;
Windows və *nix server/istifadəçi əməliyyat sistemləri üzrə bilik;
Təhlükəsizlik divarları (firewall) üzrə bilik;
Skript və proqramlaşdırma dilləri haqqında anlayış;
Şəbəkə və verilənlər bazası sahəsində bilik;
Analitik düşünmə və yüksək problem həll etmə bacarığı;
Kiber hücum növləri haqqında məlumatlılıq.