Express bank daxili audit departamentinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
Yoxlanılan biznes proseslər üzrə risk əsaslı blok-sxemlərin hazırlanması;
Yoxlanılan biznes proseslər üzrə daxili qaydaların təhlil edilməsi;
Məlumat və faktların toplanması və təhlili;
Aparılan işlərin yekununda hesabatın hazırlanması;
Xidməti zərurətlə bağlı Departamentin direktoru və şöbə müdiri tərəfindən ona həvalə edilmiş cari tapşırıqların icra edilməsi.
Əlavə məlumatlar:
İş vaxtı: 09:00-18:00
İş qrafiki - 5gün
Əmək haqqı razılaşma əsasında.
Bizim üstünlüklərimiz:
Tibbi sığorta;
Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
Professional və maddi inkişaf perspektivləri;
Peşəkar korporativ mühitdə işləmək imkanı.
Tələblər:
Ali İqtisadi və ya texniki təhsil;
Bank fəaliyyəti haqqında ümumi biliklərin olması;
Microsoft Office (xüsusilə Word, Excel), SQL, Python və PowerBI üzrə orta səviyyədə biliklər;
Məlumat bazaları (Data) ilə işləmək bacarığı;
Analitik təhlil və detallara fikir vermə qabiliyyəti;
Təqdimat bacarığı;
Komandada işləmək və yüksək kommunikasiya bacarığı;
Stressə davamlılıq;
Yeniliklərə açıq olmaq.