VAKANSİYA

20 İyun

Unibank VAKANSİYA elan edir

Unibank daxili auditor vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

İllik audit planına uyğun və ya plandankənar qaydada audit layihələrinin icrası;
Proses və struktur bölmələri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin təhlili, qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi;
Audit müşahidəsi və tövsiyələrin yer aldığı audit hesabatlarını hazırlamaq;
Daxili audit tövsiyələrinin icra səviyyəsini qiymətləndirmək;
Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;
Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

Ali iqtisadi və ya hüquqi təhsil və ya digər ixtisas üzrə ali təhsil və audit yaxud əlaqədar sahələrdə dörd illik iş stajı;
Daxili Audit, risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə istiqamətində biliklərin olması;
Azərbaycan Respublikasında Bankların fəaliyyətinə dair qanun və normativ sənədlərə dair biliklərə malik olması;
Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
Microsoft Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
Stressə davamlılıq;
Analitik və kritik düşünmə bacarığı;
Vətəndaş qüsursuzluğu.