VAKANSİYA

20 İyun

Atəşgah Sığorta VAKANSİYA elan edir

Atəşgah Sığorta marketinq və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı vəzifələri, iş şərtləri və tələbləri təqdim olunub.

Əsas vəzifə öhdəlikləri:

Daxili və xarici PR planının hazırlanması;
Daxili və xarici PR planı üzrə icra olunan işlər haqqında hesabatın hazırlanması;
Daxili və xarici PR-ın monitorinqi (media ilə sıx əlaqələr də daxil olmaqla);
Müxbirlər, TV və radio kanallarla əlaqələrin yaradılması və koordinasiyası, Şirkətin təbliğ olunmasını dəstəklənməsi və monitorinqi;
Şirkətin cari fəaliyyətininin KİV-də işıqlandırılmasının təmin edilməsi;
KİV tərəfindən daxil olan informasiya sorğularının cavablandırılması;
İctimaiyyətlə əlaqələr sahəsi üzrə materialların hazırlanması və redaktə edilməsi;
Şirkətə məxsus xəbərlər haqqında press-relizlərin yazılması, rəhbər şəxslərlə müsahibələrin təşkili və hazırlanması;
Marketinq planının hazırlanması, həyata keçirilməsi və monitorinqi;
Marketinq planı üzrə icra edilən işlər haqqında hesabatların hazırlanması
Loyallıq sistemi üzrə planın hazırlanması, həyata keçirilməsi və monitorinqi
Şirkət brendinin nüfuzunun qorunmasında iştirak etmək;
"Carçı" jurnalı və bülletenlərin hazırlanması;
Sosial şəbəkələrə daxil olan şikayətlər üzrə işləmək;
Korporativ saytın məzmununun monitorinqi və vaxtında yenilənməsi;
İdarə Heyəti / Komitələr üçün təqdimatların və hesabatların hazırlanması;
Birbaşa rəhbərin və o cümlədən şuranın/komitələrin tapşırıqlarını yerinə yetirmək;
Birbaşa rəhbər tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

İş şərtləri:

Əmək müqaviləsi bağlanılır
İş vaxtı 09:00 - 17:30
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Biz sizə nə təklif edirik?
Karyera və inkişaf üçün əla fürsətlər
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
Əmək qanunvericiliyinə uyğun iş şəraiti
Müasir idarəetmə sistemi və mehriban kollektiv
Fəaliyyətə əsasən artan əmək haqqı
Namizədə tələblər:
Yaş: 20 - 35
Təhsil: Natamam Ali və Ali

İş təcrübəsi :

Marketinq və PR sahəsində təcrübəyə malik olmalı;
Təşəbbüskar olmalı;
Kompyuterdə sərbəst işləməyi bacarmalı;
Ünsiyyətcil, özünə əminlik hissi, yüksək intellektual səviyyəli olmalı;
İnkişafa meyilli olmalı;
Məsuliyyətli, diqqətli və yaradıcı olmalı;
Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, elektron poçtdan istifadə qaydalarını;
Şirkətin daxili əmək nizamı qaydalarını;
Şirkətin kommersiya sirrinin qoruyub saxlama rejimini;
Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı;
Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (yaxşı), İngilis dili (orta).