VAKANSİYA

19 İyun

Kontakt Home VAKANSİYA elan edir

"Kontakt Home" arxiv bölməsinin rəhbəri vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

Baş ofisdən və filiallardan  təhvil verilməli olan qovluqların təhvil-təslim proseduruna əsasən qəbul edilməsinə nəzarət edilməsi;
Qəbul edilmiş fayl və qovluqların elektron sistemə uyğun xronoloji ardıcıllıq üzrə yığılmasının təmin edilməsi;
Saxlanma müddəti başa çatmış sənədlərin dövrü olaraq arxivləşdirilməsi prosesinin təşkili;
Elektron arxiv sisteminin qurulması və arxivləşdirmə prosesinin təşkili;
Arxiv bölməsinə daxil olan sorğuların təyin edilən vaxtda icra edilməsinə nəzarət edilməsi.

Tələblər:

Ali təhsil;
Səlis azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
Sahə üzrə minimum 3 il iş təcrübəsi:
İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;
Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.