VAKANSİYA

19 İyun

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank data governance üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.

İşiniz nədən ibarətdir?
Domen məlumatlarının müəyyənləşdirilməsi və strukturlaşdırılması;
Data elementləri üçün biznes lüğəti və data lüğəti üzrə təkliflərin hazırlanması;
Data sahibindən təsdiqin alınması, data elementin avtomatlaşdırılması;
Biznes lüğətində və data lüğətində dəyişikliklərin idarəedilməsi;
Data elementlərinin fiziki mənbələrə bağlanması;
Digər “data steward”larla data domen xəritəsinin təhlili;
Data istifadəçilərindən daxil olan keyfiyyət problemləri üzrə kataloqun idarəedilməsi;
Problemlərin əsas mənbəyinin təyin edilməsi, keyfiyyətin artırılması yönündə təkliflərin və yol xəritəsinin hazırlanması;
Problemin aradan qaldırılması üçün tələb olunan cəhdlərin qiymətləndirilməsi və problemin prioritetliyinin təyin edilməsi;
Perimetr üzrə məlumat keyfiyyətinin yaxşılaşdırılması üzrə təşəbbüslərin müəyyənləşdirilməsi;
Problemin aradan qaldırılması üçün yol xəritəsinin və əməliyyat qruplarının hazırlanması;
Proses istifadəçisi olaraq “data governance” proseslərinin yoxlanılması və istifadəsi üçün təkliflərin 

Sizdən nə tələb olunur?

Təhsil: Müvafiq sahə üzrə Bakalavr təhsili
İş təcrübəsi: 2 il və üzəri
Xarici dillər: İngilis (Əla), Rus (Əla)
Kompüter bilikləri: Excel, PL/SQL
Bazar üzrə biliklər: Bank əməliyyatları, bank kartları, kredit və depozit haqqında məlumatlılıq
Məhsul üzrə biliklər: Bankçılıq sistemləri üzrə məlumatlılıq
Data modelləri (DWH, ETL)
Data Menecmenti (Data keyfiyyətinin ölçülməsi üzrə alət və texnikalar)
Data Keyfiyyəti üzrə məlumatlılıq