Unibank baş / aparıcı maliyyə analitiki vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
Layihə üzrə büdcənin hazırlanmasında iştirak, büdcənin icrasına aylıq əsasda nəzarət, bu istiqamətdə müqayisə və təhlillərin aparılması və müvafiq təqdimatların hazırlanması;
Layihələr üzrə maliyyə hesabatlarının tərtib edilməsi, maliyyə göstəricilərinin analitikası;
Maliyyə/uçot məlumatları üzrə müfəssəl təhlilin həyata keçirilməsi, gəlir/xərc maddələrinin sistemdə düzgün uçotuna nəzarət;
Biznes proseslərdə nöqsan və çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması məqsədilə müvafiq struktur bölmələrlə (İT, Prosesinq, Strategiya və İnkişaf və s.) əməkdaşlıq;
Digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadi);
Maliyyə sahəsi üzrə azı 5 il iş təcrübəsi;
Rus və İngilis dili üzrə yüksək səviyyədə biliklər;
Riyazi hesablamalar aparma və analitik təhlil bacarıqları;
MS Office, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
ACCA sertifikatları (minimum F2, F3, F5, F9) və ya ekvivalent sertifikatlarının olması üstünlükdür;
Təşəbbüskarlıq, çalışqanlıq, məsuliyyət, düzgünlük, dəqiqlik, çeviklik;