VAKANSİYA

16 İyun

Azericard VAKANSİYA elan edir

Azericard operator call center vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhtəlikləri və tələblər təqdim olunub.

Tələblər:

Ali təhsil;
Azərbaycan, Rus və İngilis dillərini bilməsi mütləqdir;
Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
Digər şəxslərlə ünsiyyət və münasibət qura bilmə bacarığı;
Qrafika uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə ciddi riayət edərək çalışa bilmə bacarığı;
Peşəkarlığın inkişaf etdirilməsi arzusu və buna hazırlıq;
Böyük həcmdə işlərə hazırlıq;
Doğru və aydın tələffüz, yaxşı diksiya və nəzakətli ünsiyyət bacarığı;
Kompüter proqramların bilmə bacarığı;
Növbə ilə işləmək bacarığı (gecə növbəsi daxil olmaqla).

Vəzifəsi:

Daxil olan zənglərin qəbulu və emalı;
Müştərilərə kartlarla əməliyyatlar üzrə və kart hesabların informasiyası və konsultasiyası ilə təmin edilməsi;
Şirkətin məhsulları və xidmətləri haqqında məlumat verilməsi;
Kart sahiblərindən olan sorğu və müraciətlərlə bağlı sənədləşdirilməsi;
Müştəri sorğuların emalı;
Xidmətə qoşulmaq üçün müştərilərin cəlb edilməsi ;
Namizədlərdən CV-i “Operator” mövzusu ilə göndərmək xahiş olunur. 

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.