PASHA Bank müştəri meneceri (KOS) vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.
İşiniz nədən ibarətdir?
Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün, onlara Bank tərəfindən biznes bankçılıq seqmentinin müştərilərinə təqdim edlən bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsi;
Rəhbərlik tərəfindən hər ay təqdim edilmiş fərdi qaydada əks etdirilmiş hədəflərə çatması;
Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması;
Yeni və mövcud müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
Müştərilər kredit üçün müraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparmaq və kredit analitikləri ilə səmərəli əməkdaşlıq;
Kredit Risklərin Anderraytinqi departamentinin əməkdaşları ilə təhlil edilmiş biznesi müzakirə etmək və analizin detallı aparıldığını sübut edən dəlil və sübutların təqdim edilməsi;
Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə görüşünün təşkil edilməsi;
Fəaliyyəti haqqında rəhbərliyə günlük/həfətəlik/aylıq hesabat verilməsi;
Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi (bankın daxili prosedurlarına uyğun olaraq davaranmaq və müştəri ilə birlikdə problemin həlli yollarını axtarmaq);
Müştəri portfelinin mənfəətliliyinə nəzarət edilməsi;
Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi.
Sizdən nə tələb olunur?
Təhsil: Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahə
Tələb olunan iş təcrübəsi: 1-3 il
Xarici dillər: İngilis, Rus
Kompüter bilikləri: Microsoft Office
Məhsul üzrə biliklər: Bank məhsulları
Başqa tələblər: KOS Bankçılıq( kreditin təhlili və satış) sahəsində 1-3 illik təcrübə