VAKANSİYA

09 İyun

“Bank Respublika” ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC Marketinq üzrə Baş analitik vakansiyasını elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Bazar araşdırmalarının həyata keçirilməsi;
  • Müştərilər arasıda sorğu, intervyu və fokus-qrupların keçirilməsi;
  • Daxili müştəri təcrübələrinin araşdırılması, müvafiq CJM xəritələrinin hazırlanması;
  • Makroiqtisadi və sektor üzrə analitik hesabatların hazırlanması;
  • Rəqiblərin məhsul və təklifləri üzrə mütəmadi analitik hesabatların hazırlanması;
  • Rəqəmsal satış kanalları üzrə müvafiq analitik hesabatların hazırlanması;
  • Marketinq xərclərinin effektivliyinin ölçülməsi və buna uyğun hesabatların hazırlanması;
  • Rəqəmsal məhsullar üzrə müştəri davranışlarının analitikası;
  • Vendorlarla əlaqələrin qurulması və işlərin aparılması;
  • Müştəri məlumatlarının analitikası, müvafiq patternlərin tapılması və onlara uyğun təkliflərin hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Bank sektorunda müvafiq sahədə və ya bank məhsulları ilə 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Excel, Power BI bilikləri (SQL bilikləri arzuolunandır);
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
  • Komandada və bankın digər funksional strukturları ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 iyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində Marketinq üzrə Baş analitik qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.