“Bank Respublika” ASC Aqro və Mikrokreditlər Departamentində Biznes analitik vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Ümumi vəzifə öhdəlikləri:
- Bankdaxili prosesləri izləmək, təhlil etmək və onları təkmilləşdirmək;
- Təkmilləşdirilməsinə ehtiyac olan proseslərin müəyyən edilməsi və araşdırılaraq nəticə barəsində məlumatların təqdim olunması;
- Sifarişçilərlə biznes və təşkilati çatışmazlıqların müzakirə edilməsi;
- Kredit prosedurlarının nəzərdən keçirilməsi və müvafiq prosedurların optimallaşdırılması;
- Aqro və Mikrokreditlər Departamentinin fəaliyəti ilə bağlı müxtəlif növ hesabatların hazırlanması və müxtəlif məzmunlu sorğuların cavablandırılması;
- Texniki tapşırığın hazırlanmasında iştirak və icrasının təmin olunması;
- Məhsulun keyfiyyətlə hazırlanmasına nəzarət etmək;
- Bankın İT bölməsi, biznes departamentləri və vendorlarla effektiv ünsiyyətin qurulması;
- Layihələrin keyfiyyəti, zamanı, büdcəsi və risklərinə nəzarət etmək;
- Sifarişçilərlə kommunikasiya planları, müddət və tələblərin razılaşdırılması;
- Layihələrin və texniki sənədləşmənin aparılması;
- Kreditləşmə prosesi üzrə texniki alətlərin tətbiqinə dair təkliflərin verilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: Biznes analitikası, texniki tapşırıq və biznes proseslərin təhlili əsasında proqram təminatlarının hazırlanması, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və ya İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 iyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində Biznes analitik (Aqro və Mikrokreditlər Departamenti) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.