VAKANSİYA

09 İyun

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:
Kompüter sistemlərinin, şəbəkələrin və məlumatlarının mühafizəsi üçün təhlükəsizlik tədbirlərinin hazərlanması, həyata keçirilməsi və izlənməsi;
Sistemlər üzrə təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi;
Kompüter təhlükəsizlik arxitekturası və ətraflı kibertəhlükəsizlik dizaynlarının hazırlanması;
Standart əməliyyat prosedurlarının və protokollarının hazırlanması və sənədləşdirilməsi;
Təhlükəsizlik zəifliklərini azaltmağa və təkrarlanan tapşırıqları avtomatlaşdırmağa kömək etmək üçün texniki həllər və yeni təhlükəsizlik alətlərinin hazırlanması;
Təhlükəsizliyin inkişafı və təkmilləşdirilməsi üçün araşdırmalara əsaslanan və özündə əldə edilmiş məlumatları, nəticələri və təklifləri ehtiva edən hesabatların hazırlanması.
Tələblər:
Müvafiq sahədə Ali təhsilin olması;
UNIX/Linux əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
Windows əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
Virtuallaşma və konteyner sahəsində təcrübəsi (VMware, Docker və s.);
Şəbəkə bilikləri (OSI, TCP/IP, SDN və s.);
Veb texnologiyaları sahəsində iş təcrübə (veb həllər, veb xidmətlər və s. );
Skript bacarıqları (bash shell, Python və s.);
Antivirus, EDR, XDR sahəsində iş təcrübəsi;
WAF və digər təhlükəsizlik divarı həlləri ilə iş təcrübəsi;
Kiber təhlükəsizlik sistemlərinin qurulması sahəsində təcrübə;
Autentifikasiya sistemləri, logların idarə edilməsi, məzmunun filtrasiyası sahəsində iş təcrübəsi;
Verilənlər bazası və əməliyyat sistemlərinin təhlükəsizliyi haqqında ətraflı texniki biliklər;
Ən son təhlükəsizlik prinsiplərini, texnikalarını və protokollarını hərtərəfli başa düşmək;
Problem həll etmə və təzyiq altında işləmək bacarığı.