VAKANSİYA

08 İyun

Kontakt Home VAKANSİYA elan edir

"Kontakt Home" aparıcı interyer dizayner vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.


Vəzifə öhdəlikləri:
Kontakt Home mağazalar şəbəkəsinin filiallarının və şəbəkəyə daxil digər layihələrin interyer dizaynının işlənilməsi;
Layihələrin realizasiyası və müəllif nəzarətinin həyata keçirilməsi;
İnteryer dizayner komandasının işinə ümumi nəzarət edilməsi və komandanın idarə edilməsi.


Tələblər:
Ali təhsil (Memarlıq və ya interyer dizayn sahəsində);
İnteryer dizayn sahəsində azı 5 il iş təcrübəsi;
İnteryer dizayn sahəsində həyata keçirdiyi proyektlərdən ibarət portfolio;
Autocad, 3dmax ve Photoshop proqramları üzrə interyer dizaynerə lazım olan səviyyədə biliklər;
Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq; 
Stresə davamlılıq, nəticə yönümlülük.

İş şəraiti:
İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00;

Portfolionun olması mütləqdir.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.