VAKANSİYA

08 İyun

Kontakt Home VAKANSİYA elan edir

"Kontakt Home" Məlumat bazası üzrə administrator vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:
Verilənlər Bazaların təhlükəsliyini təmin edilməsinin təşkil edilməsi;
Verilənlər bazasının sazlanması, konfiqurasiya və təkmilləşdirilmə işlərinin həyata keçirilməsi;
Verilənlər bazalarını müntəzəm şəkildə idarə etmək üçün avtomatlaşdırma metodlarının təkmilləşdirilməsi;
Verilənlər bazasının mövcudluğunu və performansını artırmaq üçün monitorinq prosedurlarının tətbiqi;
Verilənlər bazasının təhlükəsizliyinin təmin edilməsi üçün lazımı tətbiq və prosedurların həyata keçirilməsi;
Verilənlər bazası və digər İT infrastruktur layihələri ilə əlaqəli kompleks problemlərin həlli və planlanmasında fəal iştirak;
Müvafiq texniki sənədləşməsinin yaradılması və müşayiəti;
Müvafiq proqram və avadanlıq vasitələri, məlumat bazaları və proqramlaşdırma texnologiyaları ilə kodun yazılması və proqramların sazlanması;
Tələblər:
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Səlis Azərbaycan dili biliyi, Rus və İngilis dili bilikləri üstünlükdür;
Məlumat bazası ilə SQL və NoSQL sorğuların yazılması, analizi, baş verən problemlərin həlli üzrə iş təcrübəsi olmalıdır;
MySQL, MSSQL, MongoDB və ya digər verilənlər bazasının konfiqurasiyası, idarəedilməsi və “storage engine” haqqında ümumi biliklərə malik olmalı;
Oracle, MySQL, PostgeSQL verilənlər bazalarının idarə olunması üzrə minimum 3 illik iş təcrübəsi;
DB arxitekturası üzrə yüksək bilik;
Verilənlər bazası optimallaşdırması və SQL üzrə təkmilləşmiş təcrübə;
Oracle məhsul və texnologiyaları üzrə yüksək bilik və iş təcrübəsi(RAC, ASM, Data Guard);
Oracle (High Availability) həlləri üzrə biliklər;
Oracle (Disaster Recovery) nasazlıqların bərpa həlləri üzrə biliklər;
Bərpa əməliyyatları haqqında yüksək bilik;
UNİX/ Linux əməliyyat sistemləri üzrə yüksək biliklər;
Problem həll etmə və analiz bacarıqları;
SQL, PL/SQL programlaşdırmaları üzrə biliklər;
OCA, OCP sertifikatları arzuolunandır.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.