VAKANSİYA

07 İyun

“Rabitəbank" VAKANSİYA elan edir

“Rabitəbank" ASC xəzinədar (Bakı filialları üzrə) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifələri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:
Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
Müştərilərə xəzinə xidməti göstərir;
Kassa dövriyyəsi və kassa simvolları haqqında hesabat hazırlayıb aidiyyatı struktura təqdim edir;
Filialdaxili xəzinədə həyata keçirilən mədaxil-məxaric əməliyyatlarını bankdaxili bank sisteminə daxil edir;
Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul ilə təmin edir;
Filialın pul anbarının açılması, bağlanması, oraya nağd pulun və digər qiymətlilərin qoyulub götürülməsini qaydalara uyğun həyata keçirir;
Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
Mərkəzi Bankın qaydalarına uyğun olaraq dövriyyəyə yararsız nağd pulun və digər qiymətlilərin dövriyyədən çıxarılmasını, dəyişdirilməsinı icra edir;
Xəzinədə olan nağd pul vasitəsini bandrollaşdırır;
Vəzifəyə olan tələblər:
Bu sahə üzrə 1 il iş təcrübəsi (Bank və ya kredit təşkilatlarında iş təcrübəsinə üstünlük verilir);
Vətəndaş qüsürsuzluğuna malik olma;
Kollektivdə işləmə bacarığı;
Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olma;
Nəzakətli, gülərüz olmaq;
Təşəbbüskarlıq, məsuliyyətlilik, diqqətlilik və etibarlılıq kimi müsbət keyfiyyətlərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21.06.2023-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “filialın adı qeyd olunaraq xəzinədar” göstərməyiniz xahiş olunur.