Yelo Bank alternativ kanallar ilə satış departamentində kiçik mütəxəssis (Çatdırılma qrupu) vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifə öhtəlikləri və tələbləri təqdim olunub.
Vəzifə öhdəlikləri:
Əvvəlcədən müştəri tərəfindən təyin edilmiş yerdə və vaxtda Bankın mobil əlavəsi ilə təsdiqlənmiş kredit sənədlərinin müştərilərə, imzaladılması, ödəniş kartlarının və digər sənədlərin təhvil verilməsi;
Müştəri tərəfindən imzalanmış sənədlər paketinin Banka təhvil verilməsi;
Bankın daxili nizam-intizam qaydalarına və etik davranış normalarına daim riayət edir;
Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur;
Aylıq hədəflər üzrə təyin edilmiş satış planlarını yerinə yetirir.
Tələblər:
Ali təhsil;
Analitik təhliletmə qabiliyyəti;
İşgüzar ünsiyyət qurmaq, komanda tərkibində işləmək və inandırmaq bacarığı;
Cavabdeh olduğu sahəyə rəhbərlik etmə bacarığı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi (Rus dili arzu olunandır);
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.
Biz sizə nə təklif edirik:
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
Tibbi sığorta proqramına qoşulma;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.