Ziraat Bank əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.
Vəzifəyə olan tələblər:
Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
Yüksək səviyyədə MS Excel SQL bilikləri;
Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
Türk və ingilis dili bilikləri arzuolunandır;
Bank sahəsində ən azı 2 illik iş təcrübəsi;
Beynəlxalq sertifikatlar arzuolunandır.
Əsas vəzifələr:
Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsində iştirak;
Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində iştirak;
Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
Stress-testlərin həyata keçirilməsi;
Risk limitlərinin müəyyənləşdirilməsində iştirakı, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər 30.06.2023-cü il tarixinə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat riskləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.