Kapital Bank data analitik vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Tələblər:
Ali təhsil (Kompüter elmləri, İqtisadiyyat və Riyaziyyat ixtisasları üzrə olması arzuolunandır);
Minimum 2 il iş təcrübəsinə sahib olmaq;
SQL üzrə biliklər;
Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər arzuolunandır;
Bank təcrübəsinin olması arzuolunandır;
Komandada işləmək bacarığı.
Öhdəliklər:
Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyətinin olması.
Müraciət etmək üçün mail ünvanına CV-lərinizi göndərə bilərsiniz.