VAKANSİYA

06 İyun

VTB Bank VAKANSİYA elan edir

VTB Bank ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.

Tələblər:

Marketinq, jurnalistika, filologiya və ictimaiyyətlə əlaqələr ixtisasları üzrə ali təhsil;
Maliyyə qurumlarında PR sahəsində iş təcrübəsi;
Təsiredici marketinq, korporativ marketinq, CSR, KIV-lə əlaqələr və hadisələrin İdarəçiliyi sahəsində geniş biliklər;
Azərbaycan, rus dillərini mükəmməl bilmə (İngilis dili arzuolunandır);
Natiqlik bacarığı;
Savadlı şifahi və yazılı nitq

Vəzifələr:
Kommunikasiya sahəsində işin təşkili: ictimaiyyətlə əlaqələrə və şirkətin imicinə təsir edən istənilən məsələlərin həlli;
Şirkət haqqında müxtəlif yazıların dərcinin təşkili, xəbər və press-relizlərin yazılması və onların KİV-də yayılması, təqdimatlar və mətbuat konfranslarının keçirilməsi;
Tədbirlərin təşkili və keçirilməsi, o cümlədən sosial tədbirlər;
Şirkətin nüfuzunu təhdid edən münaqişə vəziyyətlərinin həlli, istehlakçıların şikayətlərinin cavablandırılması;
Məqalələrin, press-relizlərin, xəbərlərin, müsahibələrin və rəsmi məlumatların yazılması və KİV və şirkətin saytında yerləşdirilməsi;
Sosial media qurumları ilə iş (SMM);
Şirkətin brendinin bazarda tanıdılması;
Fəaliyyət üzrə hesabatların hazırlanması
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).