VAKANSİYA

05 İyun

ABB VAKANSİYA elan edir

ABB Filiallarla iş və satışa dəstək departamentinin Analitika şöbəsinə mütəxəssis vakansiyası elan edir.

Fins.az-ın məlumatına görə, bankdan vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələblər təqdim olunub.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Müştəri xidməti strukturlarının fəaliyyətinin qiymətləndirilməsi;
  • Müştəri xidməti strukturları üzrə səmərəlilik göstəricilərinin hesablanması, satış xidməti ilə bağlı  təhlillərin dashboard üzərindən vizuallaşdırılması;
  • Analitik hesabatların hazırlanması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (riyazi və iqtisadi sahədə təhsil üstünlükdür);
  • SQL, Excel, Powerpoint proqramları üzrə yüksək biliklərə sahib (VBA makros yazmaq bacarığı arzuolunandır)
  • HTML,CSS bilikləri olan;
  • Maşın öyrənmə modelləri üzrə bilik səviyyəsi;
  • Analitik təhlil bacarığı olan;
  • Təşəbbüskar və effektiv ünsiyyət bacarıqlarına sahib;
  • Komandada iş bacarıqlarına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə //careers.abb-bank.az/   portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

 Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.