PASHA Bank KİB kreditlərin izlənməsi və nəzarəti üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.
İşiniz nədən ibarətdir?
KİB portfelə daxil olan riskli müştərilərin erkən mərhələdə müəyyən edilməsi, portfelə gələcək təsirlərini ölçüb və riskləri minimuma endirmək üzrə tədbirlərə dəstək;
Cəlb olunmuş KİB portfelinin keyfiyyətinə nail olmaq üçün dəstəyin verilməsi;
Monitorinqin keyfiyyətinə (kredit tarixçəsinin təhlili, zaminlərin təhlili, maliyyə vəziyyətinin təhlili, rəhbərlərə məlumatların ötürülməsi) və kəmiyyətinə necə nail olmağın öyrənilməsi və nail olması;
KİB müştərisi üzrə təyinatı monitorinqin öyrənilməsi və tətbiqi;
Müştərilərin kredit ödənişləri, gecikmələri və ödəmə planı haqqında məlumatların toplanılması;
Beynəlxalq (PD) ehtiyat dərəcələrinin öyrənilməsi və hesablanmasına dəstək; MB qaydalarına uyğun yanaşmanın öyrənilməsi;
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, davranış məcəlləsi, maraqlar münaqişəsi siyasəti, SƏTƏM, təşkilati risklərin idarəedilməsi və s.) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət
Sizdən nə tələb olunur?
Təhsil: Maliyyə və iqtisadiyyat sahəsində ali təhsil
Təcrübə: 2 və daha çox
Xarici dil: ingilis dili (yaxşı)
Kompüter bilikləri: Microsoft Office
Məhsul biliyi: maliyyə hesabatı üzrə biliklər
Digər: güclü ünsiyyət bacarıqları, yenilikçi düşüncə
Üstünlük verilir: ACCA sertifikatların mövcudluğu əlavə üstünlükdür