VAKANSİYA

31 May

“Bank Respublika” ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC Azneft filialı üçün Xidmətlər üzrə məsləhətçi (Reception) vakansiyasını elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
  • Müştərilər arasında aparılan sorğularda iştirak;
  • Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili orta səviyyədə arzuolunandır; 
  • Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 iyun 2023-cü il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Azneft qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.