VAKANSİYA

31 May

“Bank Respublika” ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC İdarə Heyəti Sədrinin ofisində Filiallarla iş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Statistik məlumatları təhlil edir, qiymətləndirir və qısa əsaslı nəticələr çıxarır;
  • Bank sektorunda cərəyan edən prosesləri izləyir, məlumatları toplayır və onları təhlil edir;
  • Bankın filial şəbəkəsinin idarə edilməsi ilə bağlı koordinasiya işlərində dəstək verir;
  • İdarə Heyətinin tapşırıq və əmrlərinin icrasına mütəmadi nəzarət edir;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır;
  • Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
  • MS Office proqramları üzrə, xüsusilə Excel üzrə mükəmməl biliklər;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Analitik təhliletmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 iyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində Filiallarla iş üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.