PASHA Bank Müştəri Meneceri / Özəl Bankçılıq vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu bildirilib.
İşiniz nədən ibarətdir?
- Satış texnikası üsüllarının səmərəli istifadə edilməklə yeni müştərilərin cəlb edilməsi;
- Müştərilərə fərdi yanaşma istifadə etməklə idarə altında olan yeni aktivlərin cəlb edilməsini və sabit artımını təmin edilməsi;
- Yüksək gəlir sahibi olan müştərilərin fərdi bank məhsulları ilə təmin edilməsi;
- Müştərilərin gündəlik sorğu və ehtiyaclarının müəyyən edilməsi və qarşılanması;
- Müştərilərə fərdi yanaşma istifadə etməklə yüksək qəlirlik əldə etmək;
- Zəruri hallarda müvafiq departamentə istinad etməklə bank qaydalarının, prosedurlarının, siyasətinin və normativ tövsiyələrinin öz fəaliyyətində daima istifadə edilməsi;
- Müştərilərinin maksimum məmnunluğunu təmin etmək üçün yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi;
- Müştərilər haqqında məlumatın mühafizə edilməsi və məlumatın məxfiliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsi;
- Müştərilərə qeyri – maliyyə və məsləhət xidmətlərin verilməsi;
- Analitik alətlərdən istifadə etməklə müştərilərin aktivləri portfelinin qiymətləndirilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 2-5 il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları
- Bazar üzrə biliklər: bank qanunvericiliyi, bazar tendensiyaları