1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 20.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2023-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Fins.az vakansiya ilə bağlı vəzifə öhdəlikləri, tələbləri və təminatları təqdim edir.
Vəzifə: Maddi vəsaitlər üzrə mühasib
İş yeri: Məhəmmədi qəs;
İş təcrübəsi: 1 ilə qədər
Təhsil: Ali təhsil(İqtisadiyyat,Maliyyə,Mühasibatlıq yönümlü)
Yaş həddi: 22-30
Vəzifə öhdəlikləri:
- Əsas vəsaitlərin cari, illik və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitləri məsul şəxslərə akt şəklində təhvil vermək;
- Əsas vəsaitlər üzrə yerdəyişmələrə nəzarət etmək, hər bir yerdəyişmə üzrə təhvil-təslim aktlarını kontrol etmək;
- Əsas vəsait sayımlarını həyata keçirilməsində iştirak etmək;
- Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək, vəsaitlər haqqında məlumatları sistemə daxil etmək.
Tələblər:
- Təhsil səviyyəsi: Ali (Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü)
- İş təcrübəsi: 1 ilə qədər
- Kompüter bilikləri: MS Office (Word, excel-sərbəst);
- Stressə davamlı, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maddi vəsaitlər üzrə mühasib” yazıb göndərməklə müraciət edilir.