VAKANSİYA

26 May

İqtisadi təhlil şöbəsi, baş məsləhətçi

Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Fins.az vakansiya ilə bağlı vəzifə öhdəlikləri təqdim edir.

Vakansiya: İqtisadi təhlil şöbəsi, baş məsləhətçi

Vəzifə öhdəlikləri:

  1. qlobal iqtisadi dövrü və iqtisadiyyatın xarici fundamental faktorlarını tədqiq etmək;
  2. ölkə daxilində iqtisadi tendensiyanın makro, mezo və mikro səviyyədə mütəmadi təhlillərini aparmaq;
  3. ölkənin beynəlxalq reytinqlərdə (qlobal rəqabətlilik, iqtisadi azadlıq və s.) irəliləməsi istiqamətində görüləcək işləri müəyyən etmək üçün təhlillər aparmaq və müvafiq olaraq təkliflərlə çıxış etmək;
  4. fiskal siyasəti, o cümlədən fiskal qaydaları, xərc və gəlirlərini, dövlət borclanmasını, vergi sistemi və gömrük tənzimlənməsini tədqiq etmək;
  5. idxal-ixrac və investisiya siyasətlərini təhlil etmək, beynəlxalq trendlərə uyğun olaraq iqtisadi siyasət sənədlərini hazırlamaq;
  6. empirik iqtisadi tədqiqatların aparılması üçün müxtəlif iqtisadi-riyazi modellərin hazırlanmasına töhfə vermək;
  7. qlobal iqtisadi tendensiyaları araşdırmaq, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil etmək, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparmaq, bu sahədə mövcud çağırışları qiymətləndirmək və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq;
  8. aparılan iqtisadi islahatların nəticələrini, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın inkişaf tendensiyasını təhlil etmək;
  9. iqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi olaraq izləmək;
  10. tədqiqatların və onların işlənməsinin yeni istiqamətlərini formalaşdırmaq, işlərin proqramlarının hazırlanmasını təşkil etmək, onların aparılmasının metod və vasitələrini müəyyənləşdirmək;
  11. tədqiqatların aparılmasına elmi rəhbərliyi həyata keçirmək, bu tədqiqatlarla məşğul olan işçi qrupuna başçılıq etmək;
  12. departamentin inkişaf və proqnozlaşdırma problemləri üzrə informasiya xarakterli müraciətlərini cavablandırmaq.

Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası, elmi dərəcənin olması arzuolunandır);

Staja dair tələb: müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır); 

Dil bilikləri: Azərbaycan, rus və ingilis – yüksək səviyyədə;

 Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), iqtisadi-riyazi modelləşdirmə sahəsində bilik və bacarıqlarının olması, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komanda qurmaq bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini faylı ad və soyadla adlandırmaqla 2023-cü il 14 iyun tarixinədək vacancy@ereforms.gov.az   elektron poçt ünvanına göndərə bilərlər.

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.