Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Fins.az vakansiya ilə bağlı vəzifə öhdəlikləri təqdim edir.
Vakansiya: İqtisadi təhlil şöbəsinin müdiri
Vəzifə öhdəlikləri:
- şöbənin fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaq, təsdiq olunmuş planların icrasını təmin etmək;
- qısa, orta və uzunmüddətli dövrdə iqtisadi siyasətin təsirləri ilə bağlı fundamental tədqiqatlar aparmaq və bu tədqiqatlar əsasında iqtisadi siyasət sənədlərinin hazırlanmasını təşkil etmək;
- iqtisadi inkişafla bağlı statistik informasiyalar arasında səbəb-nəticə əlaqələrinin ekonometrik qiymətləndirilməsi, simulyasiyaların aparılması sahəsində iqtisadi-riyazi modellərin qurulması üçün təkliflərlə çıxış etmək və bu istiqamətdə işlər görmək;
- Mərkəzin iqtisadi riyazi modellərinin təkmilləşdirilməsi istiqamətində işlərin görülməsini təşkil etmək;
- iqtisadi modelləşdirmə metodologiyalarından istifadə etməklə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaq;
- ölkənin iqtisadi potensialının artırılması, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin yaradılması, habelə yerli və xarici investorların cəlb edilməsi məqsədi ilə beynəlxalq təcrübəni araşdırmaq;
- aparılan iqtisadi islahatların nəticələrini, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın inkişaf tendensiyasını təhlil etmək;
- iqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi şəkildə izləmək;
- tədqiqatların və onların işlənməsinin yeni istiqamətlərini formalaşdırmaq, işlərin proqramlarının hazırlanmasını təşkil etmək, onların aparılmasının metod və vasitələrini müəyyənləşdirmək;
- tədqiqatların aparılmasına elmi rəhbərliyi həyata keçirmək, bu tədqiqatlarla məşğul olan işçi qrupuna və ya qruplarına başçılıq etmək;
- elmi məqalələrin yazılması, onların yerli və beynəlxalq elmi jurnallarda dərc edilməsi istiqamətində işlər aparmaq;
- tədqiqat işlərini və onların nəticələrini mütəmadi olaraq geniş ictimaiyyətə çatdırmaqla bağlı işləri təşkil etmək;
- departamentin inkişaf və proqnozlaşdırma problemləri üzrə informasiya xarakterli müraciətlərini cavablandırmaq;
- rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.
Təhsil və ixtisas tələbləri: ekonometrika, iqtisadiyyat və idarəetmə, maliyyə və ya digər müvafiq istiqamətlərdən biri üzrə elmi dərəcə;
Staja dair tələb: müvafiq sahədə minimum 7 il iş təcrübəsi;
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramların istifadəsi ilə bağlı bacarıqlar;
Dil bilikləri: Azərbaycan, rus və ingilis – yüksək səviyyədə;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), iqtisadi-riyazi modelləşdirmə sahəsində bilik və bacarıqlara malik olma, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komanda qurmaq bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.