VAKANSİYA

25 May

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank ekvayrinq şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

ATM və digər ödəniş terminallarının quraşdırılması, müvafiq proqram təminatının yazılması və tam işlək vəziyyətə gətirilməsi, o cümlədən sorğularının təhlili;
ATM, ADM və köşklərdə yaranan texniki nasazlığın aradan qaldırılması üçün vaxtında dəstəyi yerinə yetirmək, mümkün olduqda təmir etmək və ya servis xidmətinin köməyi ilə çətinliyi aradan qaldırmaq
Prosessinq şirkəti, vendor şirkətlərlə sazlama, inteqrasiya və s. proseslərin aparılmasını təmin etmək, texniki tapşırıqları hazırlamaq və təhlil etmək;
Layihələrin davamlı idarə olunması, testlərin aparılması, mexanizimlərin tənzimlənməsi;
ATM-lər üzrə WAY4 (Telescope) və digər mövcud Remote (məsafədən idarəetmə) proqramlar vasitəsilə monitorinqin təşkili, avadanlıqların daim işlək vəziyyətdə saxlanılmasına nəzarətin təmin edilməsi.

Tələblər:

Maliyyə, İqtisadiyyat, Menecment və ali təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Azərbaycan və İnqilis dillərini mükəmməl səviyyədə bilmək (rus dilini bilənlərə üstünlük veriləcək);
Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Kompüter bilikləri;
Ofis proqramlarında (Excel) işləmə bacarığı;
1C proqramında işləmə bacarığı.