Xalq Bank risk metodologiyası və hesabatlılıq şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
Bankın məhsul və xidmətlərinin təhlili;
Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;
Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatlar hazırlayır.
Tələblər:
İqtisadiyyat, maliyyə və riyaziyyat üzrə ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilə bilər);
Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər.