PASHA Bank Agile Kouç vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.
İşiniz nədən ibarətdir?
Komanda və təşkilata Agile tətbiq metodologiyanın necə istifadə edilməsinə dair təlimatlar vermək;
Komanda heyəti arasında şəffaf və uyğunlaşan komanda mədəniyyətini aşılamaq;
Sərbəst planlaşdırma və backlog idarəçiliyində məhsul sahibinə dəstək vermək;
Korporativ mədəniyyətə uyğunlaşma üzrə maneələr və ya logistik problemlər kimi maneələri aradan qaldırmaq;
Bütün komanda üzvləri arasında əməkdaşlığı gücləndirmək, qarşılıqlı təlimə təşviq etmək və bir-birinə dəstək vermək;
Komanda daxilində və xaricində ünsiyyət və əməkdaşlığı asanlaşdırmaq;
Komanda və təşkilatın bütün səviyyələrində Agile, prinsipləri və təcrübələrini tətbiq etmək;
Komanda içində özünü inkişaf və böyüməni artırmaq;
Söhbətlər, məşqçilik və rol oynayan məşqlər vasitəsilə komandada Agile yanaşmaya yönəltmək;
Cəza qorxusu olmadan problemlərin qaldırılacağına inanan və təhlükəsiz bir mühit qurmaq;
Heyətin effektiv işləməsində mərasimləri asanlaşdırmaq: planlaşdırma, retrospektiv;
Komanda və təşkilata Agile tətbiq metodologiyanın necə istifadə edilməsinə dair təlimatlar vermək;
Komanda heyəti arasında şəffaf və uyğunlaşan komanda mədəniyyətini aşılamaq;
Sərbəst planlaşdırma və backlog idarəçiliyində məhsul sahibinə dəstək vermək;
Sizdən nə tələb olunur?
Agile idarəetmə, agile inkişaf, skram master və buna uyğun sahədə 3 illik təcrübə
Keçmiş Məhsul sahibi, layihələrin idarəedilməsi sahəsində təcrübəsinə üstünlük verilir(Agile idarəetmə üzrə)
Agile metodologiyanın biznesə tətbiq edilməsin yolları üzrə biliklərə sahib olmaq
Güclü ünsiyyət bacarığı, öyrətmə bacarığı
Komandada stressli və konfliktli situasiyaların öncədən təxmin edilməsi və idarəedilməsi
Mentor, təlimçi və ya kouç bacarıqları
Orta ingilis dili biliyi.