Xalq Bank analitik şöbəsinin baş iqtisadçı - analitiki vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
Dünyada və ölkə daxlində baş verən iqtisadi, siyası və sosioloji prosesləri yaxından izləmək, gündəlik informativ hesabatlar hazırlmaq, riskləri ölçmək və proqnozlar vermək;
Vəsaitlərin yerləşdirilməsi üçün yerli və xarici qiymətli kağızlar və pul bazarı üzrə imkanları analiz edərək mütamadi təkliflər planının hazırlanması
Bank üçün gərəkli hallarda xarici maliyyə təşkilatları və investisiya fondlarından müxtəlif maliyyə alətləri (avrobond, borc kağızları, istiqraz və s.) vasitəsilə resursların cəlb edilməsinin səmərəliliyini təhlil etmək;
Xəzinədarlığın idarə edilməsi metodikasındakı səmərəliliyin mütamadi artırılması üçün beynəlxalq təcrübənin araşdırılması və tətbiqi yollarının müzakirəyə çıxarılmasını təmin etmək;
Yeni maliyyə alətlərin çıxarılması üzrə daima araşdırmalar aparmaq və məlumat vermək;
Bazar alətlərinin və bank tariflərinin bank üçün faydalığını və gəlirliyini hasablamaq və müvafiq hesabatlar hazırlamaq;
Stress testler və senariləri hazırlamaq;
Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.
Tələblər:
İqtisadiyyat, maliyyə və ya idarəetmə üzrə ali magistr təhsili;
Xəzinədarlıq, Risk, Maliyyə vəya Analitika üzrə ən azı 5 illik təcrübə;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
Kompüter bilikləri;
BI və data analitika bilikləri;
Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Analitik düşünmə və tədqiqat bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.