Xalq Bank aktiv və passivlərin idarə edilməsi şöbəsinin mütəxəssisi / kiçik mütəxəssisi (Hesabatlıq üzrə) vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
Müxbir hesab qalıqlarının monitorinqini aparmaq;
Bankın yüksək likvidli və cari öhdəliklərinə nəzarət etmək;
Bankın cəlb edilmiş və yerləşdirilmiş vəsaitlər üzrə gəlirlilik faizlərinin hesablayıb təhlil etmək;
Şöbə tərəfindən gündəlik daxili və xarici hesabatların hazırlanmasını təmin etmək;
Şöbəyə məxsus konkret müəyyənləşdirilmiş sənədlərin Bank arxivinə təhvil verilməsini təmin etmək;
Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq
Tələblər:
İqtisadiyyat, maliyyə və ya idarəetmə üzrə ali magistr təhsili;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək);
Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
Kompüter bilikləri;
Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti