VAKANSİYA

23 May

Kontakt Home VAKANSİYA elan edir

"Kontakt Home" operator (Servisdə) üzrə fəhlə (məişət) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Təsvir:

Servis mərkəzinə daxil olan hər bir müştərinin növbəli şəkildə qəbul edilməsi;
Müraciətindən asılı olaraq təmir, diaqnostika, qızıl zəmanət və qızıl zəmanət ultra şərtləri barəsində ətraflı şəkildə müştəriyə məlumatın təqdim edilməsi;
Təmirə qəbul zamanı müştərinin ödənişlərində gecikmə olub-olmamasına nəzarət edilməsi;
Sistem üzərində qeydiyyatın aparılması; təhvil-təslim sənədinin hazırlanıb bir nüxsəsinin müştəriyə təqdim edilməsi;
Telefon və ya planşetlərin təmirə qəbul zamanı, müştəriyə müvəqqəti istifadə cihazının təklif edilməsi;
Müştərinin istəyindən asılı olaraq razılaşma sənədi ilə müvəqqəti istifadə cihazının təqdim edilməsi;
Müştərilərin irad və təkliflərinin aidiyyatı şöbəyə yönləndirilməsi;
Cihazların qəbulu, sistemdə əmtəə görünüşü və vəziyyəti barədə qeydiyyatın aparılmasının təmin edilməsi;

Tələblər:

Orta ixtisas və ya ali təhsil;
Səlis Azərbaycan dili biliyi və Rus dili biliyi üstünlükdür.;
Müştərilərlə ünsiyyət qurma bacarığı;
Emosiyalarını idarə etmək bacarığı;
Təşəbbüslü və özünə güvənən;
Diqqətli, çevik və operativ;
Xidmət sahəsində iş təcrübəsi arzu olunandır.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.