Unibank kart çatdırılması xidməti üzrə nümayəndə vəzifəsinə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.
Təsvir:
UBank mobil əlavəsi vasitəsilə keçən onlayn kart sifarişlərinin müştərilərə çatdırılması;
Zəruri hallarda müştərilərin Bank sistemindəki məlumatlarını redaktə etmək;
İşin icrası zamanı zərurət yarandığı halda müştərilərlə əlaqə saxlamaq;
Hazır kartların ünvana çatdırılması.
Tələblər:
Azərbaycan dilində sərbəst danışıq bacarığı;
Bakı və Abşeron üzrə ünvanları yaxşı tanımaq;
Stressə davamlılıq;
Kollektivdə işləmək bacarığı.