VAKANSİYA

22 May

Xalq Bank VAKANSİYA elan edir

Xalq Bank maliyyə təhlili və idarəedici hesabatlılıq şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı təsvir və tələbləri təqdim olunub.

Təsvir:

Bank rəhbərliyinin və Komitələrinin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;
Bankın maliyyə göstəricilərinin təhlili;
Analitik hesabatların tərtib olunması;
Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.
Xərclərin optimallaşdırılması üzrə təkliflər;

Tələblər:

Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə magistr təhsili;
Maliyyə sektorunda minimum bir il təcrübə (mütəxəssis tələbi üzrə);
Orta səviyyədə SQL bilikləri;
Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə MS Excel);
Maliyyə üzrə təməl biliklərin olması: balans, mənfəət / zərər;
İngilis dili – orta səviyyədə;
Alqoritmik düşünmə qabiliyyəti;
Komunikasiya qabiliyyətinin yüksək olması;
Komanda ilə işləmək bacarığı.