VAKANSİYA

22 May

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank Kiçik Məhsul Sahibi (İpoteka Kreditləri üzrə) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.

İşiniz nədən ibarətdir?

Davamlı olaraq biznes keyslərin hesablanması, prosesin qurulması, İT üzrə tapşırıqların yazılması, marketinq, məhsulun təqdimatı üzrə inkişaf. Hazır məhsulların monitorinqi və yeni imkanların araşdırılması
Yeni məhsulun hərtərəfli texniki-iqtisadi əsaslandırması və həyata keçirilməsinin prognozlarının verilməsi
Mövcud olan məhsulların təhlili və məhsulların yenilənməsi üzrə imkanların axtarılması
Fərdi müştərilər üçün olan məhsul pasportlarının hazırlanması və ehtiyac duyulduqda onların yenilənməsi
Daxili və xarici tərəfdaşlar ilə işin qurulması. Dövlət ipoteka, MİDA ilə əlaqədar işlərin aparılması
Daxili data və statistika üzərindən trendlərin, müştəri seqmentlərinin, müəyyən edilərək çarpaz satışlar üçün məhsullalrın yaradılması
Müştəri seqmentinə uyğun olaraq daima portfelin analiz edilməsi
Məhsulun gəlirliyi,göstəricilər üzrə ehtimalın,xərclər və gəlirlilik üzrə hesabatlaırn hazırlanması
Müştərilər üçün xüsusi təkliflərin hazırlanması,endirimlərin olunması, bundle məhsulların və marketinq kampaniyalarının digər strukturlarla əməkdaşlıq etməklə hazırlanması
Marketinq araşdırması (müştəri sorğusu, istehlak kreditləri üzrə bazar araşdırması və müştəri məmnuniyyəti üzrə rəylər və s.)
İşçilər üçün təlimlərin keçirilməsi (Virtual dəstək, Filiallar və s.)
İpoteka kredit portfelinin marketinq kampaniyaları əsasında artırlması (kampaniya nəticələri, mükafatlar)

Sizdən nə tələb olunur?

Təhsil: İqtisadi və buna bənzər digər bakalavr təhsili
İş təcrübəsi: istehlak kreditləri üzrə 1-3 il təcrübə
Xarici dil: İngilis (səlis), Rus (arzu olunan)
Kompyuter bacarığı: Microsoft Office
Məhsul üzrə biliklər: Fərdi Bankçılıq üzrə məhsullar
Bazar üzrə biliklər: İstehlak kreditləri və requlativ (ARMB) tələblər
Digər: Satış bacarığı