VAKANSİYA

19 May

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank müdaxilə testləri üzrə Baş Mütəxəssis (Penetration testing) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı işin nədən ibarət olduğu və sizdən nə tələb olduğu təqdim olunub.

İşiniz nədən ibarətdir?

Müdaxilə testləri, fişinq,red teaming testlərinin aparılmasına məsul olmaq;
Kod yoxlanılmasına məsul olmaq;
DevSecOps praktikaların tətbiq olunması üzrə məsul olmaq;
Dövri təhlükəsizlik nəzarətinin təmin edilməsi; 
Biznes üçün kritik verilənlərin inventar, təsnifat və identifikasiyasının müəyyən olunması üçün lazımi tədbirlərin görülməsi;
Təhlükəsizlik tələbləri, təhdid modellədirmə və onun rəqəmsal məhsul və xidmətlərdə sənədləşməsinə məsul olmaq;
İnsident və problemin idarə edilməsi prosesində yüksək təsirə malik insidentlərin və problemlərin araşdırılması;
Tənzimləyici və “NIST, PCI DSS” standartlarının tələblərinə uyğunluqların təmin olunması.

Sizdən nə tələb olunur?

Təhsil: İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahədə Bakalavr təhsili
İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya digər müvafiq sahədə minimum 3 il
Lisenziya / Sertifikat: CompTIA Security+ arzuolunandır.
Xarici dillər: İngilis
Kompüter bilikləri: MS Office Excel
Məhsul üzrə biliklər: Əsas bank sistemləri, kart tətbiq sistemləri, İT avadanlığı, server və şəbəkə cihazları üzrə biliklər, “NIST, ISO 27000X, PCI DSS” standardlarının tələbləri üzrə biliklər.