“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinin Proqram təminatı şöbəsinə kiçik mütəxəssis/mütəxəssis vəzifəsi (TestOps) üzrə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Ümumi vəzifə öhdəlikləri:
- Layihə testinin avtomatlaşdırılması, “test-case”lərin yazılması;
- Komandalar ilə aktiv şəkildə qarşılıqlı əlaqələrin qurulması, layihələrin keyfiyyətinin təmin edilməsi;
- Tələblərin araşdırılması, müxtəlif səviyyədə sınaqların aparılması və “test-case”lərin hazırlanması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- Aidiyyatı sahə üzrə 1 ilədək iş təcrübəsi;
- Linux ƏS üzrə geniş administrativ biliklər və iş təcrübəsi;
- DevOps Tools: Docker,GitLab,CI/CD,Ansible
- TestOps Tools: Selenium,Selenide,Postman/Newman,Appium, Python Beatiful Soup texnologiyaları üzrə iş təcrübəsi;
- Scripting – Bash,Python;
- Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis (orta);
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həlletmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində TestOps qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.